Avroliqada yarımfinalçılar müəyyənləşdi - NƏTİCƏLƏR19-04-2019, 10:36
Çap et 4 qarşılaşma ilə yarımfinalçılar bəlli olub. "Napoli" ilk görüşdə 2 cavabsız top buraxdığı "Arsenal"ı qəbul edib və 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. "Valensiya" "Vilyarreal"a qalib gələrək yarımfinala yüksəlib - 2:0. "Ayntraxt" Almaniyada "Benfika" ilə qarşılaşıb. 2:0 hesabı ilə qalib gələn Almaniya təmsilçisi səfər qolu sayəsində mərhələ adlayıb. "Çelsi" Londonda "Slaviya" ilə üz-üzə gəlib və 4:3 hesablı qələbə qazanıb. Beləliklə, "Arsenal", "Valensiya", "Ayntraxt" və "Çelsi" yarımfinala yüksəlib. 1/2 final mərhələsində "Arsenal" "Valensiya" ilə, "Ayntraxt" isə "Çelsi" ilə qarşılaşacaq. Qeyd edək ki, yarımfinalın görüşləri 2-9 may tarixlərində keçiriləcək. "Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə) - 0:1 Qol: Lyakazett,36 İlk oyun - 0:2 "Valensiya" (İspaniya) - "Vilyarreal" (İspaniya)- 2:0 Qol: Latorre,13 Parexo, 54 İlk oyun - 3:1 "Ayntraxt" (Almaniya) - "Benfika" (Portuqaliya) - 2:0 Qollar: Kostik, 37, Sebastyan Rode, 67 İlk oyun - 2:4 "Çelsi" (İngiltərə) - "Slaviya" (Çexiya) - 4:3 Qollar: Pedro, 5 (1:0), Deli, 10-avtoqol (2:0), Jiru, 17 (3:0), Souçek, 26 (3:1), Pedro, 27 (4:1), Petr Sevçik, 51 (4:2) 54 (4:3) İlk oyun - 1:0 Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
