Bakıda “Polo” üzrə Avropa çempionatı keçiriləcək27-08-2015, 10:53
Çap et Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) verilən məlumata görə, son iki il ərzində Bakıda ARAF və “Elite Horse and Polo Club”un birgə təşkilatçılığı ilə iki tədbir keçirilib. “Arena Polo World Cup Azerbaijan” tədbirlərindən sonra Beynəlxalq Polo Federasiyası ilk dəfə baş tutacaq FİP Arena Polo Avropa Çempionatının Azərbaycanda keçirilməsinə qərar verib. Çempioant sentyabrın 4-dən 12-dək keçiriləcək. 1-ci FİP Arena Polo Avropa Çempionatının qalibi adı uğrunda 6 komanda - Almaniya, İrlandiya, İsveçrə, İtaliya, İspaniya və Azərbaycan mübarizə aparacaq. Tədbir ARAF, “Elite Horse and Polo Club” və “World Polo”nun birgə təşkilatçılığı ilə baş tutacaq. Turnirin təqvimi belədir: 4 Sentyabr 16.30 Qapılar açılır 17.00 Azərbaycan - Almaniya 18.00 İspaniya - İtaliya 19.15 İsveçrə - İrlandiya 5 Sentyabr 16.30 Qapılar açılır 17.00 Azərbayca - İtaliya 18.00 İsveçrə - İspaniya 19.15 İrlandiya - Almaniya 6 Sentyabr 16.30 Qapılar açılır 17.00 İsveçrə - İtaliya 18.00 Almaniya - İspaniya 19.15 Azərbaycan - İrlandiya 10 Sentyabr 16.30 Qapılar açılır 17.00 Komanlaraın təqdimatı və açılış mərasimi 17.15 Azərbaycan – İsveçrə 18.00 İtaliya - Almaniya 19.15 İrlandiya - İspaniya 11 Sentyabr 16.30 Qapılar açılır 17.00 Almaniya – İsveçrə 18.00 Azərbaycan - İspaniya 19.15 İtaliya - İrlandiya 12 Sentyabr 17.00 Qapılar açılır 17.30 Azərbaycan Atlarının paradı. 18.30 5-ci yer uğrunda oyun 19.30 3-cü yer uğrunda oyun 20.30 Avropa Çempionatının finalı 21.30 Mükafatlandırma mərasimi 22.00 Elite Horse & Polo Club-da Polo Party at Biletləri əldə etmək üçün əlaqə nömrələri: (+994 12) 565 31 51 (+994 77) 498 00 00 (+994 55) 920 99 51 Bundan başqa biletləri Bakı şəhərindəki bütün kassalardan eyni zamanda www.araf.az internet saytında “online” rejimdə əldə etmək mümkündür. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
