Türkiyə və Rusiya klubları mübarizəyə başlayırlar7-08-2019, 17:51
Çap et Bu gün avrokuboklarda III təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.Çempionlar Liqasında 5, Avropa Liqasında isə 1 görüş baş tutacaq. Türkiyəni təmsilçisi "Başakşəhər" də ÇL-in təsnifat mərhələsində ilk oyununa çıxacaq. İstanbul təmsilçisi Yunanıstanın "Olimpiakos" kollektivini qəbul edəcək. Ötən mövsüm Rusiya Premyer Liqasını 3-cü pillədə başa vuran "Krasnodar" da ilk matçını evdə keçirəcək. Komanda Portuqaliyanın "Portu" klubunun müqavimətini qırmağa çalışacaq. Avropa Liqasındakı yeganə oyunda isə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a uduzan (1:1, 3:0) İrlandiya "Dundalk"ı Slovakiyada "Slovan"ın qonağı olacaq. Çempionlar Liqası III təsnifat mərhələsi İlk oyunlar 7 avqust 21.00 Krasnodar (Rusiya) - Portu (Portuqaliya) 21.45 Başakşəhər (Türkiyə) - Olimpiakos (Yunanıstan) 22.00 Bazel (İsveçrə) - LASK (Avstriya) 22.00 ÇFR (Rumıniya) - Seltik (Şotlandiya) 22.15 Maribor (Sloveniya) - Rusenborq (Norveç) Avropa Liqası III təsnifat mərhələsi İlk oyun 7 avqust 22.15 Slovan (Slovakiya) - Dundalk (İrlandiya) Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bu gün avrokuboklarda III təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.