Demo Sayt » idman » Daha 3 çempionat dayandırılıb


Daha 3 çempionat dayandırılıb

16-03-2020, 06:34
Çap et
Daha 3 çempionat dayandırılıb Meksika, Braziliya və Əlcəzair çempionatları dayandırılıb.
Digər ölkələrdə olduğu kimi, adıçəkilən 3 çempionatın da təxirə salınmasının səbəbi koronavirus infeksiyasının sürətlə yayılmasıdır.
Həmin ölkələrdə təkcə yüksək liqa deyil, bütün daxili yarışların dayandırılması qərara alınıb. Braziliya və Meksikada qeyri-müəyyən müddətə, Əlcəzairdə isə ən azı aprelin 5-nə qədər heç bir turnir keçirilməyəcək.
Qeyd edək ki, dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda idman yarışları dayandırılıb.
Reytinq: