Demo Sayt » idman » Dünya Oyunlarının da vaxtı dəyişdirildi


Dünya Oyunlarının da vaxtı dəyişdirildi

3-04-2020, 11:09
Çap et
Dünya Oyunlarının da vaxtı dəyişdirildi ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) keçiriləcək XI Dünya Oyunlarının vaxtı dəyişdirilib.
2021-ci ilin 15-25 iyul tarixlərində keçirilməsi nəzərdə tutulan Dünya Oyunlarının dəyişdirilməsinə səbəb Tokio Yay Olimpiya Oyunlarıdır.
Belə ki, Tokio Olimpiadası koronavirus səbəbindən 2021-ci ilin 23 iyul – 8 avqust tarixlərinə keçirildiyindən, Beynəlxalq Dünya Oyunları Assosiasiyası və Birminqem Təşkilat Komitəsi Dünya Oyunlarının 2022-ci ildə keçirilməsi barədə razılığa gəlib.
Razılığa əsasən, Dünya Oyunları 2022-ci ilin 7-17 iyul tarixlərində keçiriləcək.
Reytinq: