Türkiyə ilk qələbəsini Rusiya üzərində qazandı16-11-2020, 06:10
Çap et İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2. Hesabı 11-ci dəqiqədə Denis Çerışev açsa da, 24-cü dəqiqədə qonaq komanda Andrey Semyonovun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. Say üstünlüyündən "ay-ulduzlular" tezliklə yararlanmağı bacarıblar. 26-cı dəqiqədə Kenan Karaman, 32-ci dəqiqədə Cengiz Ünder fərqlənib. 52-ci dəqiqədə isə Cenk Tosun penaltini dəqiq yerinə yetirib. 57-ci dəqiqədə Daler Kuzyayev fərqi azaltsa da, Rusiya millisinin bundan artığına gücü çatmayıb. Bu nəticədən sonra Rusiya 8 xalla 1-ci, ilk qələbəsinə imza atan Türkiyə 6 xalla 3-cü pillədə qalıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
