Bakıdakı "Formula-1" trasında atmosfer hər zaman çox gözəldir - "Alpine" komandasının pilotu1-06-2021, 05:39
Çap et Bunu "Alpine" komandasının pilotu Esteban Okon deyib. Onun sözlərinə görə, Bakıdakı yarış trası çox qeyri-adidir və keçmiş təcrübəni nəzərə alsaq, hər şey baş verə bilər: "Bu yaxınlarda Monakodakı şəhər trasında olmuşuq, orada kiçik bir dairənin olduğu üçün ötmə ilə bağlı çətinliklər olurdu. Bakıdakı tras isə tam əksinə: dairə böyükdür və ötmə üçün çox sayda yer var". Pilot bildirib ki, ardıcıl dördüncü yarışda xal toplamağı bacardığı üçün Monakonu yaxşı əhval-ruhiyyə ilə tərk edib: "Bakıda ilk onluqda daha yüksək mövqelər tutmaq istəyirik. Bir neçə ildir ki, bu trasda yarışmıram, buna görə sərbəst sürüşlər zamanı avtomobilə olan inamımı artırmaq niyyətindəyəm". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
