Argentina millisi – dünya çempionu18-12-2022, 21:48
Çap et Finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub. Hesabı 23-cü dəqiqədə Cənubi Amerika təmsilçisi açıb. Penaltidən fərqlənən Lionel Messi komandasını önə çıxarıb. 36-cı dəqiqədə Anxel Di Mariya 2-ci topu avropalıların qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstünlüyü ilə başa çatıb. 80-ci dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirməklə buraxılan qollardan birinin əvəzini çıxıb. 24 yaşlı hücumçu cəmi 2 dəqiqə sonra tarazlığı bərpa edib. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. 109-cu dəqiqədə Messi özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Lakin məğlubiyyətlə barışmayan "xoruzlar" 108-ci dəqiqədə hesabı yenidən bərabərləşdiriblər. Mbappe 11 metrlik cərimə zərbəsindən het-trikini rəsmiləşdirib. Matçın əlavə vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
