Demo Sayt » idman » Runi Mbappeyə İngiltərə Premyer Liqasının klubuna keçməyi məsləhət görüb


Runi Mbappeyə İngiltərə Premyer Liqasının klubuna keçməyi məsləhət görüb

19-12-2022, 19:58
Çap et
"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi fransalı hücumçu Kilian Mbappeyə PSJ-dən ayrılmağı məsləhət görüb.
U.Runinin sözlərini "BeSoccer" portalı paylaşıb.
"Düşünürəm ki, Kilian öz klubunu tərk edib İngiltərə Premyer Liqasının komandasına getməlidir. PSJ böyük klubdur, amma məncə, onlar Liqa 1-də zirvəyə çatıblar", - deyə U.Runi bildirib.
Onun fikrincə, hücumçu Lionel Messi və Kriştianu Ronaldu səviyyəsinə çatmaq üçün "Mançester Yunayted" və ya "Real Madridə" getməlidir.
Reytinq: