Misirdə Ümummilli lider Heydər Əliyevin doğum günündə su polosu yığması qızıl medal qazandı12-05-2023, 10:27
Çap et Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətin-dən verilən məlumata görə, bu turnirdə 2009-2010-cu il təvəllüdlü idmançılarımız bütün rəqiblərindən üstün olaraq birinci yerə layiq görülüblər. 2008-ci il təvəllüdlü yeniyetmələrdən ibarət komandamız isə yarışın gümüş mükafatçıları olublar. Vaterpol üzrə milli komandanın baş məşqçisi Azər Babayevin sözlərinə görə, bu beynəlxalq turnirdə yetirmələri yüksək səviyyədə çıxış ediblər: “Yarış çox gərgin mübarizələr şəraitində keçdi. Azərbaycan komandalarından başqa daha 6 komanda mübarizə aparırdı. Misirin komandaları da çox hazırlıqlı və stabil idilər. Ən sevindirici məqam isə dünən baş verdi. Yeniyetmələrimiz Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin doğum günündə, 100 illiyində Misirdə, Qahirədə Azərbaycan bayrağını yüksəklərə qaldırdılar, Azərbaycanın dövlət himnini səsləndirdilər. Bu çox qürurverici idi”, - deyə Azər Babayev əlavə edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
