“Neftçi”nin vitse-prezidenti vəzifəsindən ayrıldı26-09-2023, 09:19
Çap et Bakı klubu bu barədə feysbuk səhifəsi vasitəsilə paylaşım edib. Bildirilib ki, vitse-prezident öz istəyi ilə tutduğu postdan azad edilib. Klub bu illər ərzindəki fəaliyyətinə görə ona təşəkkürünü bildirib: “Bizimlə çalışdığı 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edir və gələcək fəaliyyətində uğurlar diləyirik!” Qeyd edək ki, Elnur Eyvazov 2016-2017-ci illərdə “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, 2017-ci il iyulun 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərar əsasında baş verən struktur dəyişikliyindən sonra vitse-prezident vəzifəsinə təyin olunmuşdu. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
