"Mxitaryan Bakıya gəlməyəcək" - "Borussiya"dan açıqlama20-10-2015, 12:59
Çap et Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin qonağı olacaq Dortmund “Borussiya”sı erməni futbolçusu Henrix Mxitaryanı Bakıya gətirməyəcək.Bu barədə klubun icraçı direktoru Xans-Yoaxim Vatske açıqlama verib. Onun sözlərinə görə, Mxitaryan təhlükəsizlik səbəbi ilə səfər matçına yollanmayacaq: “Mxitaryan yəqin ki, Bakıya getməyəcək. Biz məsələ ilə maraqlanmışıq. Azərbaycanla Ermənistan arasında münaqişə olduğunu bilirik. Futbolçumuzun qayğısına qalmalıyıq. Əgər Mxitaryan narahatdırsa, özünü rahat hiss etməyəcəksə, təbii ki, bunu nəzərə almalıyıq”. Qeyd edək ki, "Qəbələ" - "Borussiya" (Dortmund) matçı oktyabrın 22-də keçiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin qonağı olacaq Dortmund “Borussiya”sı erməni futbolçusu Henrix Mxitaryanı Bakıya gətirməyəcək.