3 oyunda qapılara cəmi 4 qol vurulub (VİDEO)7-12-2015, 11:27
Çap et Hər 3 oyun 1 dəqiqəlik sükutla başlayıb.
Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun ilk oyun günü 3 matç baş tutub.Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq hər 3 oyun bir dəgigəlik sükutla başlayıb. Oyunlara gəlincə, son ölkə çempionu Ağdamın "Qarabağ" klubu öz meydanında "İnter"i qəbul edib. Oyunda hesabı 34-cü dəqiqədə Dani Kintana açıb. Kintana cərimə meydançası xaricindən topu tora qovuşduraraq, oyunda vurulan yeganə qola imza atıb. "Qarabağ" - "İnter" oyunu "Xəzər Lənkəran" isə, Xəzər Lənkəran mərkəzi stadionunda "Qəbələ"ni qəbul edib. Bu oyunda da cəmi bir qol vurulub. Beləki, 20-ci dəqiqədə "Qəbələ"nin futbolçusu Aleksey Antonov fərqlənib. Beləliklə, "Qəbələ" "Xəzər Lənkəran" üzərində minimal hesablı qələbə qazanıb. "Neftçi" isə öz meydanında "Zirə"ni qəbul edib. Oyunda hesab artıq matçın 4-cü dəqiqəsində açılıb. "Zirə" klubunun futbolçusu Luis Alberto Diez komanda yoldaşının ötürməsini qolla tamamlayıb. Ancaq "Zirə" klubunun azarkeşlərinin qol sevinci cəmi 6 dəqiqə çəkib. Matçın 10-cu dəqiqəsində "Neftçi"nin heyyətində Ruslan Qurbanov oyunda hesaba tarazlıq gətirib. Matçda başqa qol vurulmayınca, "Neftçi" - "Zirə" oyunu 1:1lik bərabərliklə yekunlaşıb. "Neftçi" - "Zirə" oyunu 15-ci tura isə, bu gün keçiriləcək "Sumqayıt" - "Kəpəz" və "Rəvan" - "Azal" matçları ilə yekun vurulacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun ilk oyun günü 3 matç baş tutub.