Demo Sayt » idman » Messi bu gün bıçaq altına yatır


Messi bu gün bıçaq altına yatır

9-02-2016, 12:07
Çap et
Messi bu gün bıçaq altına yatır "Barselona"nın hücumçusu Lionel Messi əməliyyat olacaq.
Argentinalı futbolçu yenidən böyrəyində ağrılar hiss edir.
Dekabr ayında böyrəyində daş olduğu üçün klublararası dünya çempionatında "Quanqjou Everqrand"la görüşü buraxan 29 yaşlı oyunçu yenidən eyni problem yaşadığından, məşqdə iştirak etməyib. Ulduz futbolçu bu gün əməliyyat olunacaq. Sabah evə buraxılacaq Leo fevralın 11-dən məşqlərə başlaya biləcək.
Bu isə o deməkdir ki, Messi İspaniya Kral Kubokunun yarımfinal mərhələsində "Valensiya" ilə cavab görüşünü buraxmalı olacaq. Onun La Liqanın növbəti turunda fevralın 14-də "Selta" ilə matçda iştirakı isə sual altındadır.
Qeyd edək ki, 2016-cı ildə 10 oyun keçirən Messi 11 qol vurub, 5 məhsuldar ötürmə verib.

Reytinq: