Futbol həyəcanı yenidən başlayır16-02-2016, 12:02
Çap et Bu gün Avrokuboklarda iki aylıq fasilə başa çatır. İki qarşılaşma ilə Çempionlar Liqasında (ÇL) həlledici mərhələyə start veriləcək.Parisdə keçiriləcək günün mərkəzi görüşündə PSJ “Çelsi”ni qəbul edəcək. Fransa birinciliyində çempionluğu böyük ölçüdə təmin edən Paris təmsilçisindən fərqli olaraq, londonlular bütün diqqətlərini məhz ÇL-ə yönəldiblər. Çünki Premyer Liqada uğursuz mövsüm keçirən “Çelsi”nin ilk “dördlüy”ə düşməsi real görünmür. Günün digər matçında “Zenit” “Benfika”nın qonağı olacaq. Portuqaliyadan fərqli, Rusiyada ikinci dövrə start götürmədiyindən, bu, Sankt-Peterburq klubunun 2016-cı ildəki ilk rəsmi görüşü olacaq. Bu gün UEFA Avropa Liqasında fasilə başa çatacaq. Apasport.az saytının məlumatına görə, turnirin 1/16 final mərhələsinə İstanbuda start veriləcək. “Fənərbaxça” Rusiya təmsilçisi “Lokomotiv”lə qarşılaşacaq. Oyuna prinsipiallıq qatan əsas məqamlardan biri iki ölkə arasındakı siyasi gərginlikdi. Çempionlar Liqası 1/8 final, ilk oyunlar 16 fevral 23:45. PSJ (Fransa) – “Çelsi” (İngiltərə) Baş hakim: Karlos Velasko Karbalyo 23:45. “Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya) Baş hakim: Canluka Rokki Avropa Liqası 1/16 final, ilk oyun 16 fevral 21:00. “Fənərbaxça” (Türkiyə) – “Lokomotiv” (Rusiya) Baş hakim: Martin Stromberqsson Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bu gün Avrokuboklarda iki aylıq fasilə başa çatır. İki qarşılaşma ilə Çempionlar Liqasında (ÇL) həlledici mərhələyə start veriləcək.