Avropa birinciliyindən 6 medalla!27-05-2015, 11:47
Çap et Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub.Azərbaycan Boks Federasiyası məlumat verir ki, komandamız yarışda 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. 60 kq cəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazibəyov finalda Türkiyə boksçusu Tuğrulhan Erdəmiri məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhəmməd Abdullayev də (+80) Avropa birinciliyinin qızıl medalına sahib olub. Hemyerlimiz finalda ukraynalı Aleksandr Xristevi üstələyib - 2:1. Cavid Hüseynov (48 kq) finalda Artyom Demyanenkoya (Ukrayna) uduzaraq 2-ci yeri tutub. Niyaməddin Allahverdiyev də finalda məğlub olub. Boksçumuz İngiltərə təmsilçisi Carlz Frankhamla bacarmayıb - 0:3. Orxan Həsənov (54 kq) və Şaiq Məlikov (70 kq) 3-cü yerlə kifayətləniblər. Azərbaycan Ukraynadan sonra komanda hesabında 2-ci yeri tutub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub.