Demo Sayt » idman » Kriştiano Ronaldo dünyanın ən varlı idmançısıdır


Kriştiano Ronaldo dünyanın ən varlı idmançısıdır

9-06-2016, 09:07
Çap et
Kriştiano Ronaldo dünyanın ən varlı idmançısıdır Dünyanın ən çox qazanc əldə edən idmançılarının siyahısı açıqlanıb. "Forbes" jurnalının tərtib elədiyi siyahının ilk pilləsində Madridin “Real” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo qərarlaşıb.
O, ötən 1 il ərzində 88 milyon dollar qazanıb. K.Ronaldo gəlirlərinin 56 milyonunu klubu ilə müqavilədən, 32-i isə sponsorlardan qazanıb.
Ən çox qazanan idmançılar arasında ikinci yeri “Barselona” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi tutur. Onun 1 ildəki gəliri 81,4 milyon dollar olub. Üçlüyü amerikalı basketbolçu Lebron Ceyms tamamlayıb - 77,2 milyon.
Dünyanın ən çox qazanan 10 idmançısı:
1. Kriştiano Ronaldo (futbol) - $ 88 mln
2. Lionel Messi (futbol) - $ 81,4 mln
3. Lebron Ceyms (basketbol) - $ 77,2 mln
4. Rocer Federer (tennis) - $ 67,8 mln
5. Kevin Dürant (basketbol) - $ 56,2 mln
6. Novak Cokoviç (tennis) - $ 55,8 mln
7. Kem Nyuton (Amerika futbolu) - $ 53,1 mln
8. Fil Mikelson (qolf) - $ 52,9 mln
9. Cordan Spayet (qolf) - $ 52,8 mln
10. Kobi Brayant (basketbol) - $ 50 mln
Reytinq: