Azərbaycan Rioda 10-cu medal qazandı19-08-2016, 09:05
Çap et Anjela Doroqanın əvəzinə Olimpiadaya yollanan Avropa çempionumuz Nataliya Sinişin özü üçün doğma olan 58 kq çəki dərəcəsində deyil, 53 kq-da gücünü yoxlayıb. Bakı-2015-in bürünc mükafatçısı olan ukraynalı Rioda 1/8 final mərhələsində debüt edib. O, dünya güləşinin əfsanəsi Saori Yoşida üz-üzə gəlib. 3 qat Olimpiya və 13 qat dünya çempionu olan yaponiyalı ilə qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Asiyalı görüşü 3:0 hesabı ilə xeyrinə bitirib. Yoşida finala yüksəldiyinə görə, Sinişin təsəlliverici görüşlərə qatılıb. O, bu görüşlərin ikinci raundunda seneqallı İzabelle Sambu ilə üz-üzə gəlib. Matçı fəal keçirən legioner güləşçimiz 4:0 hesablı qələbə ilə "bürünc"ə bir addım da yaxınlaşıb. Mükafatçılar sırasına düşmək üçün isə venesuelalı Ancelika Arquello ilə görüş həlledici olub. Təmsilçimiz olduqca gərgin mübarizə şəraitində keçən qarşılaşmadan 2:1 hesabı ilə ayrılmağı bacarıb və bürünc medal qazanıb. Qeyd edək ki, bu, Azərbaycan yığmasının Olimpiadada əldə etdiyi 10-cu mükafatdır. Millimiz 4 gümüş və 6 bürünc medal qazanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
