Demo Sayt » idman » "Qəbələ"nin vuran ayağı cəzalandırıldı


"Qəbələ"nin vuran ayağı cəzalandırıldı

31-08-2016, 20:22
Çap et
"Qəbələ"nin vuran ayağı cəzalandırıldı UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Maribor” (Sloveniya) – “Qəbələ” matçında (1:0) qırmızı vərəqə alan Teo Uiksin cəzası müəyyənləşib.
Səfər matçının 69-cu dəqiqəsində meydandan kənarlaşdırılan liberiyalı hücumçu 2 matçlıq cəzalandırılıb. Buna onun birbaşa qırmızı vərəqə alması səbəb olub.
Görüş zamanı yaşanan epizodu müzakirə edən UEFA-nın İntizam Komitəsi futbolçunun 2 oyunluq cəzalanmasını məqsədəuyğun sayıb. Bu isə o deməkdir ki, T.Uiks qrup mərhələsinin ilk iki turunu buraxacaq.
Hücumçumuz sentyabrın 15-də “Anderlext”lə (Belçika) səfər, 29-da isə “Mayns”la (Almaniya) ev matçlarını cəza üzündən buraxacaq.

Reytinq: