“Qəbələ” Avropa Liqasında “Anderlext”ə məğlub olub16-09-2016, 10:53
Çap et Avropa Liqasında qrup mərhələsinə start verilib. Təmsilçimiz “Qəbələ” də mötəbər turnirdə ilk matçına çıxıb.Romaq Qriqorçukun yetirmələri ilk matçını səfərdə keçirib. “Qırmızı-qaralar” “Anderlext”ə qonaq olublar. Ardıcıl 2-ci dəfə qrupda mübarizə aparan “qırmızı-qaralar” səfərə xal iddiası ilə yollansalar da, buna nail ola bilməyiblər. Hesab 14-cü dəqiqədə açılıb. Teodorşuk fərqlənib. Qoldan sonra irəli atılan komandamız hesabı bərabərləşdirmək üçün ilk cəhdindəcə buna nail olub. Baqali Dabo 20-ci dəqiqədə status-kvonu bərpa edib. Ancaq ilk hissənin sonuna 4 dəqiqə qalmış rəqib yenidən önə keçib. Rafael Santos avtoqol müəllifi olub. İlk hissə bu hesabla başa çatıb. İkinci hissədə daha bir dəfə fərqlənən ev sahibləri 3:1 hesablı qələbəyə seviniblər. Avropa Liqası Qrup mərhələsi. I tur 15 sentyabr “Anderlext” – “Qəbələ” - 3:1 Qollar: Teodorşuk, 14, Rafael Santos (öz qapısına), 41, Kapel, 77 - Dabo, 20 Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger Əlavə köməkçi hakimlər: Markus Hameter, Aleksander Harkam Hakim-İnspektor: Lusiano Luçi (İtaliya) UEFA nümayəndəsi: Emil Ubias (Çexiya) "Konstant Vanden Stok" stadionu Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Avropa Liqasında qrup mərhələsinə start verilib. Təmsilçimiz “Qəbələ” də mötəbər turnirdə ilk matçına çıxıb.