"İnter"də 3 yubiley27-09-2016, 10:00
Çap et Səfərdə oynayan paytaxt təmsilçisi 3:1 hesabı ilə qalib gələrək, ölkə çempionatları tarixində 100-cü səfər qələbəsini qazanıb. “İnter” rəqib meydanlarında ən azı bu qədər matçda qalib gələn 3-cü komanda olub. Bunadək yalnız “Neftçi” və “Qarabağ” 100-ü arxada qoyub. Sonuncular 144, “ağ-qaralar” isə rekord sayda - 172 dəfə səfərdən 3 xalla dönüb. “İnter” buna 233-cü səfər matçında nail olub. Bakılıların rəqib meydanlarında 59 heç-heçəsi və 74 məğlubiyyəti var. Bu qarşılaşma matçda hesabı açan Nizami Hacıyev üçün də əlamətdar olub. “İnter”in yarımmüdafiəçisi Premyer Liqada 25-ci qolunu vurub. O, buna 229-cu matçında nail olub. Bu qollardan 20-ni “İnter”də qeyd edən orta sahə oyunçusu paytaxt klubunun heyətində də yubiley sevincini yaşayıb - Nizami komandasındakı 115-ci görüşdə 20-ci dəfə fərqlənib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
