“Qəbələ” məğlubiyyətsizlik seriyasına görə qitənin ən yaxşı klublarındandır2-11-2016, 11:02
Çap et Bu komandalar arasında Azərbaycanın “Qəbələ” və “İnter” klubları da var. Hər iki komanda Topaz Premyer Liqasının geridə qalan on turunda məğlub olmayıb. İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa çempionatlarında cəmi altı komanda meydanı məğlub tərk etməyib. Bu komandalar “Real Madrid”, “Bavariya”, “Tottenhem”, “Leypsiq”, “Hoffenhaym” və “Nice”dır. “Real Madrid” və “Tottenhem” Azərbaycan klubları kimi, 10 matçda rəqiblərinə sevinmək şansı verməyiblər. “Tottenhem” “İnter”, “Real” isə “Qəbələ” ilə eyni xala malikdir. “Qəbələ” top fərqinə görə hətta “kral klubu”nu qabaqlayır. “Qara-qırmızılar” məğlubedilməz komandalar arasında ən az qol buraxan klublardan biridir. Həmin 33 klubdan cəmi ikisi qitə çempionatlarında xal itirməyib. Bunlar Uelsin “TNS” və Cəbəllütariqin “Europa” komandalarıdır. Uels klubu 13, Cəbəllütariq təmsilçisi isə 5 turdur meydanı xalsız tərk etməyib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
