“Acer” daha ucuz planşetlə gəlir22-04-2015, 14:52
Çap et ![]() “Acer” şirkəti daha ucuz planşet yaratmağı qarşını qoyub. İKT.lent.az-ın “Mobile Geeks” saytına istinadən verdiyi məlumata görə, tezliklə “Acer” şirkəti “Iconia B1-730 HD” planşetini istehsal edəcək. Bu avadanlıq bu ilin əvvəlində satışa çıxarılan “Iconia B1-720” modelini vəz edəcək. Ancaq bu planşet əvvəlkindən daha yaxşı variantda olacaq. Belə ki, “Iconia B1-730 HD” modelinin İPS matritsada yaradılan 1280X800 piksel ekranı olacaq. Bu model ikinüvəli “MediaTek MT8111” prosessorunun əvəzinə “Clover Trail+” nəsindən olan “Intel Atom Z2560” prosesoru ilə təchiz olunacaq. Planşetin 1 Geqabayt operativ yaddaşı, məlumatları saxlamaq üçün 8 Geqabayt yaddaşı, microSD kart üçün slot, frontal kamerası və naqilsiz əlaqə üçün elektrik yığa biləcək adapterlə təchiz olunacaq. Planşetin avtonom işləməsi üçün 3 700 mA/s həcmində batareya ilə təchiz olunacaq. Planşetin ümumi çəkisi 320 qram, eni və uzunluğu isə 198.1 x 119.3 x 10.16 millimetr olacaq. Maraqlısı isə odur ki, “Iconia B1-730 HD” planşetini artıq indidən “Amazon”un alman bölməsində 139 avroya sifariş etmək mümkündür. Yazar Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

