Demo Sayt » idman » Boksçu Mişa Aloyan olimpiadada qazandığı gümüş medaldan məhrum edilib


Boksçu Mişa Aloyan olimpiadada qazandığı gümüş medaldan məhrum edilib

9-12-2016, 12:27
Çap et
Boksçu Mişa Aloyan olimpiadada qazandığı gümüş medaldan məhrum edilib Rio-2016 Yay Olimpiya Oyunlarında Rusiyanı təmsil etmiş boksçu Mişa Aloyan dopinqə görə qazandığı gümüş medaldan məhrum edilib.
Bu barədə İdman Arbitraj Məhkəməsinin (CAS) məlumatında bildirilir.
Məlumata görə, 52 kq çəki dərəcəsində çıxış etmiş idmançıdan avqustun 21-də, yəni yarışların keçirildiyi dövrdə götürülən dopinq test qadağa olunmuş “tuaminogeptan” preparatına müsbət nəticə göstərib. Boksçunun olimpiadada əldə etdiyi bütün nəticələr ləğv ediləcək.
Reytinq: