Demo Sayt » idman » Messi ilin ən yaxşı bombardiri olub


Messi ilin ən yaxşı bombardiri olub

20-12-2016, 16:08
Çap et
Messi ilin ən yaxşı bombardiri olub Lionel Messi ölkə çempionatının 16-cı turunda “Espanyol”la oyunda fərqlənməklə ilin ən yaxşı bombardiri olub
İspaniyanın “Barselona” futbol klubunun argentinalı forvardı Lionel Messi ölkə çempionatının 16-cı turunda “Espanyol”la oyunda (4:1) fərqlənməklə ilin ən yaxşı bombardiri olub.
90-cı dəqiqədə komandasının dördüncü qolunu vuran argentinalı cari ildə 51-ci dəfə rəqibləri məyus edib. Beləliklə də Messi “Top-5” liqalarında çıxış edən futbolçular arasında bütün turnirlərdə vurulan qollara görə birinci olub.
2016-cı ildə İspaniya La Liqasında isə “Barselona”nın digər üzvü Luis Suares ən məhsuldar futbolçu olub. Uruqvaylı hücumçu Premyer Liqada 48 dəfə fərqlənib.
Reytinq: