Demo Sayt » idman » Türkiyəli idmançıdan qardaşlıq jesti


Türkiyəli idmançıdan qardaşlıq jesti

18-06-2015, 12:03
Çap et
Türkiyəli idmançıdan qardaşlıq jesti Türkiyəli idmançıdan qardaşlıq jesti "Senin parmağın kanarsa, bizim canımız yanar, Azerbaycan”.
Türkiyəli idmançı oyun zamanı uduzan azərbaycanlı güləşçiyə dəstək olub.
57 kq çəkidə ölkəmizi təmsil edən Yaşar Əliyev bürünc medal uğrunda türkiyəli Sezer Akgüllə görüşdə məğlub olub.
Azərbaycanlı idmançının üzüldüyünü görən türkiyəli güləşçi onun başından öpüb və ayağa qaldırıb. Daha sonra Sezer Akgül qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə birgə qeyd edib.
Qeyd edək ki, türkiyəli idmançının bu jesti ilə bağlı Türkiyə Güləş Federasiyası rəsmi Facebook səhifəsində görüşdən şəkil paylaşıb, yazıda isə qeyd edilib: “Senin parmağın kanarsa, bizim canımız yanar, Azerbaycan”.
Reytinq: