Demo Sayt » idman » “Çelsi” rekorda imza atdı


“Çelsi” rekorda imza atdı

27-12-2016, 18:36
Çap et
“Çelsi” rekorda imza atdı İngiltərə Premyer Liqasının 18-ci turunda “Çelsi” öz meydanında “Bornmut”u 3:0 hesabı ilə məğlub edib.
Bu qələbə sayəsində London klubu rekorda imza atıb. Belə ki, “Çelsi” tarixində ilk dəfə olaraq Premyer Liqada ardıcıl 12 qələbə qazanıb.
“Zadəganlar”ın buna qədərki ən yaxşı göstəricisi ardıcıl 11 qələbə idi. Komanda bu uğura ilk dəfə 2009-cu ilin aprel-sentyabr aylarında imza atmışdı.
Qeyd edək ki, 18 turdan sonra Antonio Kontenin komandası 46 xalla Premyer Liqanın vahid lideridir.
Reytinq: