7 sərbəst güləşçimiz ilk onluqda - REYTİNQ5-01-2017, 17:38
Çap et Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, sərbəst güləşçilərimizdən 15 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında yer alıb. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa daxil ola bilib. Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) reytinq siyahısında 3-cüdür. Qeyri-olimpiya çəki dərəcəsində dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) da reytinqə 3-cü sıradan daxil olub. Onluğa daxil daha bir güləşçimiz isə Cəmaləddin Məhəmmədov (125 kq) olub. 57 kq 3. Hacı Əliyev - Olimpiya Oyunları 3-cü yer (3) 13. Georgi Edişeraşvili - Qızıl Qran Pri 1-ci yer (nr) 16. Mircəlal Həsənzadə - Almaniya Qran Pri turniri 2-ci yer (13) 61 kq 3. Əhmədnəbi Qvarzatilov - Dünya çempionatı 3-cü yer (nr) 65 kq 2. Toğrul Əsgərov - Olimpiya Oyunları 2-ci yer (2) 14. Məhəmməd Müslümov - Əli Əliyev turniri 1-ci yer (16) 20. Teymur Məmmədov - Əli Əliyev turniri 2-ci yer (18) 70 kq 14. Gitinomaqomed Hacıyev - Qızıl Qran Pri 2-ci yer (nr) 15. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 2-ci yer (8) 74 kq 3. Cəbrayıl Həsənov - Olimpiya Oyunları 3-cü yer (4) 86 kq 3. Şərif Şərifov - Olimpiya Oyunları 3-cü yer (3) 11. Nurməhəmməd Hacıyev - Almaniya Qran Pri turniri 1-ci yer (10) 14. Aleksandr Qostiyev - Avropa çempionatı 2-ci yer (13) 97 kq 2. Xetaq Qazyumov - Olimpiya Oyunları 2-ci yer (2) 125 kq 10. Cəmaləddin Məhəmmədov - Almaniya Qran Pri turniri 1-ci yer (11) Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
