Tiflisdə "UEFA GROW" əməkdaşlıq proqramı çərçivəsində tədbirə start verilib1-03-2017, 14:17
Çap et Sammitdə Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Estoniya, Qazaxıstan, Latviya, Litviya, Moldova, Polşa, Rumıniya, Rusiya, Türkiyə, və Ukrayna futbol federasiyalarının rəhbərləri iştirak edirlər. Azərbaycanı tədbirdə 4 nəfər təmsil edir. Bunlar AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev və Grassroots koordinatoru Cahangir Həsənzadədi. Məmmədovla yanaşı, proqrama UEFA İcraiyyə Komitəsinə İsveç və İrlandiyadan olan namizədlər də qatılıb. AFFA-nın baş katibi Tiflisdə AFFA-nın "GROW 2020" İnkişaf Proqramını təqdim edib və Şərqi Avropa ölkələrinin kütləvi futbolda üzləşdiyi əsas problemlər haqqında danışıb. Görüşdə kütləvi futbolun inkişafı, Qərbi və Şərqi Avropa ölkələrində bu sahənin inkişafı ilə əlaqədar oxşar və fərqli cəhətlər, Qərb təcrübəsinin öyrənilməsi və tətbiqi məsələlərinin öyrənilməsi diqqət mərkəzində olub. 2 gün davam edəcək sammit çərçivəsində Gürcüstanın baş nazirinin müavini, Elm və Təhsil Naziri Aleksandr Cecelavanın çıxışı gözlənilir. Qeyd edək ki, UEFA-nın "UEFA GROW" əməkdaşlıq proqramı ilk dəfə 2 il öncə Azərbaycanda tətbiq edilməyə başlayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
