Heqiqet.Az » hadise » Şirvanda 14 kiloqramdan çox narkotik aşkarlanıb


Şirvanda 14 kiloqramdan çox narkotik aşkarlanıb

9-09-2015, 17:12
Çap et
Şirvanda 14 kiloqramdan çox narkotik aşkarlanıb Şirvanda 15 kiloqrama yaxın narkotik aşkar edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, narkotik şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Əliyevə məxsus həyətyanı sahədən tapılıb.
Belə ki, polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən çəkisi 14 kiloqram 500 qram olan 27 ədəd çətənə kolu, habelə həyətində və evində gizlətdiyi ümumi çəkisi 1 kiloqram 997 qram marixuana aşkar edilərək götürülüb.
Reytinq: