Heqiqet.Az » sosial » Kütləvi məzarlıqlarda qalıqları aşkarlananların sayı açıqlandı


Kütləvi məzarlıqlarda qalıqları aşkarlananların sayı açıqlandı

18-03-2024, 11:46
Çap et
İndiyə qədər aşkarlanmış kütləvi məzarlıqlarda qalıqları aşkar edilənlərin sayı açıqlanıb.
Bu barədə Hərbi Prokurorluğun şöbə rəisi Emil Tağıyev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə deyib.
“İndiyə qədər aşkarlanmlş kütləvi məzarlıqlarda 553 nəfərin meyitinin qalıqları tapılıb. Bunlar birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərin sayı 18-ə çatıb. Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib. İstintaq materiallarına əsasən, qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.
Reytinq: