Prezident İlham Əliyev yenidən Moldova Prezidenti seçilməsi münasibətilə Maya Sandunu təbrik edib7-11-2024, 21:01
Çap et Dövlətimizin başçısı məktubunda Azərbaycan-Moldova münasibətlərinin və əməkdaşlığının bugünkü inkişaf dinamikasının məmnunluq doğurduğunu bildirib. “Biz qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk”, - deyə Azərbaycan Prezidenti qeyd edib. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, xalqlarımızın rifahı naminə Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq münasibətlərinin daha da genişləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığın konstruktivlik zəminində bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstəriləcək. Azərbaycan Prezidenti Maya Sanduya möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində uğurlar arzulayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
