Heqiqet.Az » idman » Beynəlxalq dərəcəli hakim-idmançı


Beynəlxalq dərəcəli hakim-idmançı

30-08-2025, 17:54
Çap et
İdman bədən hərəkətlərinin ümumi – toplum halıdır; lakin onun cəmiyyətdəki rolunu daha dəqiq ifadə etmək üçün təcrübəli idman mütəxəssislərinin dürüst fikirlərinə ehtiyac duyulur. Biz də məhz bu səbəbdən Azərbaycan Respublikasının "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", "Olimpiya" və "Şöhrət" ordenli, "Tərəqqi" medallı, Əmakdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası Şərifov Hicran İbrahim oğlunun idman sahəsindəki bacarıq və təcrübəsindən maksimum yararlanmışıq. O, özü də idmanşı kimi müxtəlif yarışlarda iştirak edəndə tatamidə güləşin fəlsəfi əsaslarını bir prinsip kimi qabardıb, qazandığı nailiyyətləti bu prosesin vacib qolu hesab edib. Karyerasını başa vurandan sonra da o, gənc idmançılara seçdikləri idman növünün fəlsəfi əsaslarını dəqiq bilmələrini tövsiyə edib.
Beynəlxalq dərəcəli hakim-idmançı
Hicran Şərifov Yunan-Roma güləşi üzrə beynəlxalq dərəcəyə sahib olub. Beynəlxalq yarışlarda, o cümlədən 2012-ci ildə London Olimpiya Oyunlarında hakimlik bacarığına və idmana verdiyi töhfələrə görə "Qızıl Fit" mükafatına layiq görülüb.
Hicran Şərifov təkcə beynəlxalq dərəcəli hakim deyil, həm də elmi nailiyyətləri olan mütəxəssisdir. "Uşaq-gənclər idman məktəblərinin (UGİM) idarə edilməsinin elmi-pedaqoji əsasları" mövzusulu yazdığı elmi işinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 7 aprel 2017-ci il tarixli qərarı ilə ona pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Haqqında yazılmış "Zəhmətlə zəfərə doğru" kitabında onunla bağlı çox dəyərli fikirlər, dost-həmkar sözləri yer alıb. Daha dəqiqi, bu kitabda onun hələ idmançı olarkən məşğul olduğu idman növünün fəlsəfəsi üzərində ciddi cəhdlə çalışdığı qeyd edilir.
2024-cü ilin dekabrında idmandakı karyerasını bitirən Hicran Şərifov hazırda da Azərbaycanın idman fəlsəfəsini geniş anlamda xarakterizə edir. O, hakim kimi yarışlarda idmanşıların taktiki hazırlıqlarını şərtləndirən amilləri əsas götürür.
Olimpiya kateqoriyalı idmançı, Beynəlxalq dərəcəli hakim, idmanın Yunan-Roma güləş növü ilə məşğul olan və ölkəmizə bir sıra töhfələr bəxş edən Hicran Şərifova möhkəm can sağlığı, həyatda yeni nailiyyətlər arzulayırıq.

İlkin Əzizxanoğlu
Reytinq: