Müqəddəs peşə sahibləri – müəllimlər4-10-2025, 21:07
Çap et ![]() Müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli və ən gözəl peşədir. Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Dahi Heydər Əliyev deyirdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”. Xatırladaq ki, dünya ölkələrində Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də UNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Həmin vaxtdan başlayaraq hər il 5 oktyabr tarixi Beynəlxalq Müəllimlər Günü kimi bayram edilir. Bu tarix, həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsilin inkişafındakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər Günü qeyd edilir. Müstəqil. 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün təhsil işçilərini ürəkdən təbrik edir, hər birinə cəmiyyət üçün gərəkli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzu edirik. ![]() Ellada Həziyeva, Bakl şəhər Səbail rayon Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki - Humanitar liseyin müəllimi Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|