Heqiqet.Az » sehiyye » Tanınmış kardiocərrah məktəblilərlə görüşəcək


Tanınmış kardiocərrah məktəblilərlə görüşəcək

17-02-2026, 12:29
Çap et
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü fevralın 18-də paytaxtdakı 23 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.

Layihənin budəfəki qonağı tanınmış ürək-damar cərrahı, Milli Məclisin deputatı Rəşad Mahmudov olacaq.

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Reytinq: