MÜASİR DÖVRDƏ QLOBAL TƏHLÜKƏSİZLİYİN ƏSASLARI21-03-2026, 14:43
Çap et ABŞ-İsrail cütlüyü İrana qarşı 13-24 iyun 2025-ci il 12 günlük müharibədən nəticə çıxarmayaraq 28 fevral 2026-cı ildən İran İslam respublikasına qarşı müharibə elan etmişdir. İranın ali dini Lideri Əli Xomeneyi, Təhlükəsizlik Şurasının katibi Əli Laricani, onlarla dövlət və hərbi vəzifəli şəxslər qətlə yetirilmiş, müharibə bu gündə davam etməkdədir. İranın hava hücumundan müdaxilə sistemi, hərbi müdaxilə obyektləri, hərbi donanması, hərbi yönümlü tədqiqat mərkəzləri, hərbi zavodları, dövlət və hökumət binaları, həmçinin son günlər Neft infrastrukturlarına bomba və raket zərbələri endirilir. Görünür ABŞ-ın indiki, həmçinin əvvəlki administrasiyaları amerikalı Politbloq Samuel Hantingtonun antihumanist, mürtəce, təcavüzkar sivilizasiyaların toqquşması nəzəriyyəsini rəhbər tuturlar. Kolumbiya, Harvard, Yel universitetlərində təhsil almış bu üzdəniraq professorun nəzəriyyəsinə əsasən “Soyuq müharibə”dən sonrakı dövrdə, 1990-cı ildən sonra yaradılaraq ittifaqlar və baş verəcək münaqişədərdə müəyyənedici amil siyasi və iqtisadi ideologiyalar deyil, məhz sivilizasiyalar olacaqdır və bu XXI əsrdə də davam edəcəkdir. Baş verən hadisələr İslam sivilizasiyasının hədəfdə olduğunu sbut edir. 24 fevral 2022-ci ildə Rusiya Federasiyasının Ukraina Respublikasına hücumu üzdə bu suveren dövlətin Avropa İttifaqı və NATO blokuna daxil olmaq istəməsi, altda isə daha dərin niyyətlər durur. Avropa İttifaqı dövlətləri, BÖyük Britaniya, ABŞ, Avstraliya, Rusiya-Ukraina müharibəsində dolayısı ilə iştirak edir, Ukraina üçün təchizatçı tərəfdir. Müharibə bu gün də davam edir. Sonu hələlik görünmür. Növbəti qlobal təhlükə ümumdünya iqtisadi böhranının olması ehtimalıdır. ABŞ-İsrail cütlüyünün İranla müharibəsi bu ehtimalı gerçəkləşdirir. Dünya neft və maye qaz daşınmalarının 20%-dən artığının keçdiyi Hörmüz boğazı ətrafında gərginlik zirvə həddinə çatmışdır. Hörmüz boğazının nisbi qanaması dünyanın nisbi qapanması 1 barrelinin 120 ABŞ dollarına qalxmasına gətirib çıxarmışdır. ABŞ-İsrail-İran müharibəsinin uzun müddət davam edəcəyi təqdirdə ümumdünya iqtisadi böhranının baş verməsi qaçılmazdır. Digər qlobal təhlükə istiləşmə effektidir. Müharibələr qlobal istiləşmə effektinə, həmçinin təbii fəlakətlərə, xüsusən zəlzələyə rəvac verən hərəkətdir. Nəzərə çatdıraq ki, İran, Türkiyə, Xəzər dənizi bölgəsi seysmoaktiv zonada yerləşir. 2019-cu il koronavirus pandemiyası göstərdi ki, bu qlobal təhlükədən heç bir dövlət xali deyildir. Hətta quru sahəsi, materikdən uzaq adalar belə. Bu faktın özü dünya dövlətlərinin nə qədər bir-biri ilə əlaqəli olduğunu göstərir. Qlobal kataklizmlərə qarşı birgə mübarizə aparmaq tələb olunduğu halda, dövlətlərin bir-biri ilə müharibə aparması planetar düşüncəylə ziddiyyət təşkil edir. Yaddan çıxmayaq ki, nüvə silahının mövcudluğu şəraitində biz hamımız bir gəmidəyik. Bu gəminin kapitanı hər hansısa bir dövlət yox müasir dövrlə uyaqlaşan, gələcəyi aydın proqnozlaşdıran beynəlxalq təşkilat olmalıdır. ![]() Məsum Kamil oğlu Əliyev Kürdəmir rayon Karkar Ailə-Sağlamlıq mərkəzinin bölmə müdiri 20 mart 2026-cı il Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

