Dövlət Xidməti: Ərzaq malları üzrə daxil olan bəzi müraciətlərlə bağlı araşdırma aparılır15-03-2017, 13:26
Çap et Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Araz Əliyev deyib. Onun sözlərinə görə, Xidmətə daxil olan müraciətlər satışda olan malların üzərində məlumatların, xüsusi ilə yararlılıq müddətinin düzgün göstərilməməsi ilə bağlıdır. “Bundan başqa, malların üzərində məlumatların natamam olması ilə bağlı da müraciətlər daxil olur. İdxal olunan mallarda isə Azərbaycan dilində məlumatların olmaması ilə bağlı müraciətlər olur”, - deyə A.Əliyev vurğulayıb. Rəis müavini qeyd edib ki, bu müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb: “Bilavasitə 2017-ci ildə cərimələrin tətbiqi ilə bağlı indiyədək tədbirlər görülməyib. Amma müəyyən işlərlə bağlı araşdırmalar aparılır və bu araşdırmaların nəticələrindən asılı olaraq mütləq məsuliyyət tədbirləri görüləcək”. Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən yoxlamaların dayandırıldığını deyən A.Əliyev bildirib ki, ərzaq məhsullarının müayinəsi satışda olan məhsullardan nümunə götürülməklə aparılır: “Ay ərzində 40-50 məhsulun müayinəsi aparılır. İl ərzində bu proses davam etdirilir. Laboratoriya müayinəsinin nəticəsi təhlil edilməklə qanun pozuntusu aşkar olduğu təqdirdə zəruri tədbirlər görülür”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
