Demo Sayt » iqtisadiyyat » Nazirlik maşınlarını satır – QİYMƏT 2 MİN MANATDAN BAŞLAYIR


Nazirlik maşınlarını satır – QİYMƏT 2 MİN MANATDAN BAŞLAYIR

8-05-2017, 17:18
Çap et
Nazirlik maşınlarını satır – QİYMƏT 2 MİN MANATDAN BAŞLAYIR Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 6-da növbəti hərrac elan edib. Həmin gün kiçik müəssisə və obyektlər, səhmdar cəmiyyətlərlə yanaşı 4 maşın da satışa çıxarılacaq.
Onlardan ən ucuzunun ilkin satış qiyməti 2000 manat müəyyən edilib. Həmin qiymətə "QAZ-31" markalı maşınlar satılacaq. Siyahıda yer alan "BMW-320" 5500 manata, "Meredes Benz-E240" isə 7200 manata hərraca çıxarılıb.
Qeyd edək ki, hərraca çıxarılan maşınlar Daxli İşlər Nazirliyinin balansındadır. Onlar 2005 -2008-ci illərin istehsalıdır.
Hərracda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.
Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
Reytinq: