Demo Sayt » iqtisadiyyat » Avrasiya Birjaları Federasiyası baş ofisini İstanbuldan Yerevana köçürür


Avrasiya Birjaları Federasiyası baş ofisini İstanbuldan Yerevana köçürür

19-05-2017, 11:37
Çap et
Avrasiya Birjaları Federasiyası baş ofisini İstanbuldan Yerevana köçürür Avrasiya Birjaları Federasiyası (Federation Euroasia Security, FEAS) baş ofisini İstanbuldan Ermənistanın paytaxtı Yerevana köçürür.
FEAS prezidentinin və Misirin birja sədri Məhəmməd Omranın federasiya üzvlərinə ünvanladığı məktubda mayın 16-sı Tehranda keçirilən növbədənkənar ümumi toplantıda təşkilatın baş ofisinin İstanbuldan Yerevana köçürülməsi ilə bağlı qərar qəbul edildiyi bildirilib.
Birja iştirakçılarının bəziləri Türkiyənin qurduğu federasiyanın baş ofisinin Ermənistana köçürülməsini uğursuz addım kimi dəyərləndirib.
Qeyd edək ki, FEAS 1995-ci ildə təsis edilib.
Reytinq: