Demo Sayt » iqtisadiyyat » Azərbaycan və Tacikistan TSP İqtisadi Şurasının yaradılmasını müzakirə edirlər


Azərbaycan və Tacikistan TSP İqtisadi Şurasının yaradılmasını müzakirə edirlər

6-07-2015, 18:43
Çap et
Azərbaycan və Tacikistan TSP İqtisadi Şurasının yaradılmasını müzakirə edirlər Bakıda Azərbaycan Ticarət və Sənaye Palatasının (TSP) prezidenti Niyaz Əli-zadə ilə Tacikistan Ticarət və Sənaye Palatasının sədri Şərif Səidin görüşü olub.
Görüş zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər, o cümlədən TSP İqtisadi Şurasının yaradılmasının mümkünlüyü müzakirə olunub.
Baş tutan görüşdə iki respublikanın TSP-ləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Tacikistan TSP-nin verdiyi məlumata əsasən, görüşdə ikitərəfli ticari-iqtisadi əməkdaşlığın perspektivlərinə baxılmasına xüsusi yer ayrılıb.
İki ölkənin Ticarət və Sənaye palataları və biznes dairələrinin qarşılıqlı faydalı əməkdaşlığının aktivləşdirilməsi üzrə məsələrə də toxunulub. O cümlədən neft-qaz, enerji, sənaye, inşaat sənayesi, nəqliyyat, faydalı qazıntıların hasilatı, turizm və aqrar sənaye kompleksləri sahələrində əməkdaşlığın qurulması imkanları müzakirə edilib.
Reytinq: