Xəzərin statusunun qeyri-müəyyənliyi TASİM-in maliyyələşdirilməsini çətinləşdirir12-09-2017, 11:26
Çap et Bu barədə strateji yol xəritəsinin yanvar-iyun aylarını əhatə edən monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib. Sənəddə vurğulanıb ki, FTT-X texnologiyasının və simsiz texnologiyaların tətbiqinin genişləndirilməsi üzrə müvafiq işlər görülüb. Mövcud və yeni yaranan beynəlxalq trafik kanallarının alternativliyinin təmin edilməsi üzrə zəruri tədbirlər görülüb. Hesabatda görülmüş işlərlə yanaşı problemlərə də toxunulub. Belə ki, sənədə əsasən, TASİM layihəsi üzrə çəkiləcək fiber-optik xəttin Xəzər dənizindən keçməsi nəzərdə tutulan hissəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması sürətli şəkildə aparılmır. Hesabatın müəllifləri qeyd edir ki, Xəzər dənizinin statusunun qeyri-müəyyənliyi ilə əlaqədar xəttin hansı hissəsinin hansı ölkə tərəfindən maliyyələşdiriləcəyi ilə bağlı sualların olması nəzərdə tutulan tədbirlərin icrasında gecikməyə əsas olacaq problemlərdəndir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
