Demo Sayt » iqtisadiyyat » Yevlax-Mingəçevir dəmir yolu xəttinin 9,3 kilometrlik hissəsi təmir olunur


Yevlax-Mingəçevir dəmir yolu xəttinin 9,3 kilometrlik hissəsi təmir olunur

12-09-2017, 11:28
Çap et
Yevlax-Mingəçevir dəmir yolu xəttinin 9,3 kilometrlik hissəsi təmir olunur Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, bu gün isə Yevlax-Mingəçevir mənzilində 9,3 km uzunluğunda yolun əsaslı təmirinə start verilib.
Qeyd edək ki, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin II mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 348 km dəmir yolu əsaslı təmir olunub.
Reytinq: