Azərbaycanda tərəvəz istehsalı və ixracı xeyli artıb6-10-2017, 10:51
Çap et Bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir. 2017-ci ildə istixanaların inkişafı məqsədilə ölkənin 3 rayonunda fəaliyyət göstərən 3 nəfərə 470 min manat həcmində kredit verilib. Hesabatda bildirilir ki, müvafiq dəstək tədbirlərinin nəticəsi olaraq 2017-ci ilin birinci yarısı ərzində faraş tərəvəz istehsalının ciddi şəkildə artımı hesabına ümumi tərəvəz istehsalı 41,8 faiz artıb. Həmçinin örtülü torpaqlarda faraş tərəvəz istehsalının artırılması hesabına cari ilin yanvar-iyun ayları ərzində tərəvəz ixracının həcmi natural ifadədə 73,1 faiz, dəyər ifadəsində isə 62,7 faiz artıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
