"BakuBus" ötən il 55 milyon manat zərər edib24-10-2017, 10:21
Çap et Bu barədə dövlət şirkətinin ötən il üzrə audit hesabatında qeyd edilib. MMC-nin öhdəlikləri 9,8% azalaraq 177,967 mln. manat təşkil edib. Hesabat dövründə dövlət müəssisəsinin nizamnamə kapitalı 39,84% azalaraq 18,049 mln. manata endiyi halda, dövlət investisiyalarının məbləği 58,41% artaraq 181,697 mln. manata çatıb. 31 dekabr 2016-cı il tarixinə MMC-nin yığılmış zərəri 151 mln. 569,938 min manat təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 54,638 mln. manat və ya 56,37% çoxdur. Beləliklə, dövlət şirkətinin cəmi kapitalı 48,177 mln. manat olub. 2016-cı ildə MMC-nin xalis zərəri 54 mln. 637,619 min manat təşkil edib. 2015-ci ildə bu rəqəm 92 mln. 260,805 min manat idi. "BakuBus" Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
