Brent markalı neftin qiyməti 61 dolları ötdü1-11-2017, 10:02
Çap et Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar və ya 0,44% artaraq 54,62 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,31% artaraq 61,13 dollar olub. Bununla da Brent markalı neftin qiyməti 2015-ci ilin iyul ayından bəri ilk dəfə 61 dolları keçib. Başqa sözlə, Brent markalı neft 27 aylıq maksimumu yeniləyib. “Qara qızıl”ın bahalaşmasına OPEC+ ölkələrinin hasilatın azaldılması ilə bağlı razılaşmanın müddətinin uzadılacağı ilə bağlı gözləntilər səbəb olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
