Məşhur turizm şəhərində 190 azərbaycanlının evi var12-06-2018, 11:36
Çap et Bunu Alanya ticarət və sənaye odasının məclis başqanı Mətin Atalay azərbaycanlı jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, Alanya şəhərində 190 azərbaycanlının evi var. M. Atalay, həmçinin qeyd edib ki, Alanyada evlərin qiyməti 30 min avrodan başlayır. "Burada evlərin qiyməti yerləşmə yerinə görə fərqlənir. Qiymətlər 30 min avro ilə 1 milyon avro arasında dəyişir. Eyni zamanda qeyd edim ki, Alanyada 27 azərbaycanlı ortaq şirkətə sahibdir. Bundan əlavə, 40 min xarici vətəndaşın da Alanyada evi var”. Alanyanın turizm imkanlarından söz açan M. Atalay vurğulayıb ki, il ərzində Alanyaya 4 milyona yaxın turist gəlir: "Nəticədə bölgə turizm mövsümündə 4 milyard dollar gəlir əldə edir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
