Azərbaycanın 4 illik sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması ilə bağlı yaradılan komissiyanın ilk iclası keçirilib25-06-2018, 13:39
Çap et Iyunun 23-də Bakı Biznes Mərkəzində Komissiyanın iclası keçirilib. İclasda İqtisadiyyat naziri Şahin Mustafayev son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər və kompleks islahatların mühüm əhəmiyyətini vurğulayıb, qeyri-neft sektorunun stimullaşdırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora təşviq mexanizmlərinin tətbiqinin genişləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, məqsədyönlü islahatlar nəticəsində dayanıqlı sosial-iqtisadi inkişaf təmin olunub, 2018-ci ilin yanvar-may aylarında Azərbaycanda ÜDM 1.1%, qeyri-neft sektoru 1.9%, qeyri-neft sənayesi 8.1% artıb. Komissiyanın iclasında ölkənin iqtisadi və sosial inkişafının proqnozlarının hazırlanmasında aidiyyəti orqanların fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə edilib, Komissiya üzvlərinin tövsiyə və təklifləri dinlənilib. Tədbirdə proqnozların hazırlanaraq Komissiyaya təqdim edilməsi barədə aidiyyəti tapşırıqlar verilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
