Demo Sayt » iqtisadiyyat » Çexiyalı nazir: Azərbaycanla birgə müəssisələr yaratmaqda maraqlıyıq


Çexiyalı nazir: Azərbaycanla birgə müəssisələr yaratmaqda maraqlıyıq

12-09-2018, 19:44
Çap et
Çexiyalı nazir: Azərbaycanla birgə müəssisələr yaratmaqda maraqlıyıq Çexiya Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır.
Bunu Çexiyanın sənaye və ticarət naziri Marta Novakova Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.
Çexiyalı nazirin sözlərinə görə, ölkə sahibkarları üçün Azərbaycanın əczaçılıq və neft-kimya sənayesi daha çox maraq doğurur. Nazirin sözlərinə görə, bundan başqa, dəmiryolu vaqonlarının istehsalı üzrə birgə müəssisə yaradılması da mümkündür.
O deyib: "Çexiya dəmiryolu vaqonlarının istehsalında yaxşı təcrübəyə malikdir. Ona görə dəmiryolu vaqonlarının birgə istehsalı məsələsini öyrənirik".
M.Novakova vurğulayıb ki, Azərbaycan bazarı Çexiya şirkətləri üçün cəlbedicidir:
"Azərbaycan bizim etibarlı tərəfdaşımızdır. Bizim aramızda nə siyasi, nə iqtisadi məsələlərdə problem var. Biz tikinti, nəqliyyat, energetika, əczaçılıq sahələrindəki təcrübəmizlə bölüşməyə hazırıq. Neft-kimya sahəsində də birgə müəssisə yaratmaq imkanı var".
Reytinq: