Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi artıb11-10-2018, 10:16
Çap et Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir. Ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 16,4 faiz, 2018-ci ilin əvvəlindən isə 6,9 faiz artıb. Əmanətlərin 63 faizi və ya 5,05 milyardı xarici valyutada yerləşdirilib. Hüquqi şəxslərin banklarda əmanətlərinin həcmi 12,57 milyard manat təşkil edib və il ərzində 12,3 faiz, ilin əvvəlindən isə 6,3 faiz azalıb. Ümumilikdə hesabat dövründə hüquqi və fiziki şəxslərin əmanətlərinin həcmi 20,59 milyard manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,3 faiz azdır. 2018-ci il sentyabrın əvvəlinə olan vəziyyətə əsasən, milli valyutada olan depozitlər 6,44 milyard manat (31,3 faiz), xarici valyutada – 14,15 milyard manat (68,7 faiz) təşkil edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
