Problemli kreditlərlə bağlı "qaynar xətt"in yaradılacağı VAXT AÇIQLANDI5-03-2019, 11:05
Çap et Bunu jurnalistlərə açıqlamasında problemli kreditlərlə əlaqədar Prezident fərmanını şərh edən maliyyə naziri Samir Şərifov bildirib. S. Şərifov deyib ki, Maliyyə Nazirliyinin İnternet portalında xüsusi bir bölmə yaradılır: “Fərmana əsasən, konkret təşkilatlar qarşısında 45 günlük müddət qoyulub. Ödənişlər Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Ona görə də Maliyyə Nazirliyində problemli kreditlərlə bağlı “qaynar xətt” də yaradılacaq. "Qaynar xətt"ə zənglər daxil olarkən həmin suallar cavablandırılacaq”. Maliyyə naziri qeyd edib ki, fərmana əsasən, kreditlər bağışlanmır: “Fərmanda sadəcə, vaxtı ötmüş kreditlərin bağlanması üçün daha uzun müddət verilir. Eyni zamanda banklara, kredit təşkilatlarına tövsiyə olunur ki, borclulara dair məhkəmə, hüquq-mühafizə orqanlarında olan işləri geri çağırsın. Faiz və dəbbə borclarının silinməsi üzrə tədbirlər görülsün. Banklar, kredit təşkilatları borclulara dair məhkəmə və hüquq-mühafizə orqanlarında olan işləri geri çağırdıqdan sonra camaat "qara siyahı"lardan əziyyət çkməyəcək". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
